Incoterms nədir?

Incoterms (ticarət şərtlərinin beynəlxalq təfsiri qaydaları) beynəlxalq daşıma müqavilələrində işlənən beynəlxalq daşıma şərtlərinin təfsiri üçün müəyyən olunmuş standart qaydalar sistemidir. Bu təfsir qaydaları Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən beynəlxalq ticarət qaydalarını asanlaşdırmaq və sadələşdirmək üçün təqdim olunmuşdur. Bu cür müqavilə şərtlərinə vahid beynəlxalq yanaşma ticarət baxımından böyük önəm kəsb edir. Həmin qaydalar adətən tərəflər müqavilədə […]

Read more "Incoterms nədir?"

Platon – Mağara alleqoriyası

Platon özünün “Dövlət” əsərində insanın dünyanı qavrayışı ilə bağlı fəlsəfəsini də ortaya qoymuşdur. “Dövlət” e.ə 380-ci ilə aiddir. İnsanın dünyanı dərk etməsi ilə bağlı həmin fəlsəfə bənzətmə və ya alleqoriya kimi adıçəkilən əsərin 7-ci kitabında yerləşir. Aşağıda alleqoriyanın qısa təsvirini nəzərdən keçirə bilər yaxud da kitabın həmin hissəsinin Azərbaycanca variantını  yükləyə bilər ya da mağara alleqoriyası […]

Read more "Platon – Mağara alleqoriyası"

Ehtiyacların Maslow yerarxiyası

Psixologiyada ehtiyacların Maslow yerarxiyası 1943-cü ildə Abraham Maslow tərəfindən  Psychological Reviewda özünün “İnsan motivasiyası nəzəriyyəsi” yazısında təklif etmişdir. Hər ehtiyac mərhələsinə bir şəxsi inkişaf səviyyəsi uyğun gəlir. Fərd bir katoqeriyadakı ehtiyacları ödəmədən digər üst kateqoriyaya, dolayısıyla digər şəxsi inkişaf səviyyəsinə keçə bilməz. O ehtiyacları belə sıralayır: Fizioloji – Nəfəs alma, ərzaq, su, cins, yuxu, daxili sabitlik, təbii […]

Read more "Ehtiyacların Maslow yerarxiyası"

Dağınıq ağıl – Xəyala dalma – Qəzaların səbəbi və s.

Düzü bu videonun orjinalını gördükdə, hələ əvvəlinə baxarkən mühazirələrimiz yadıma düşdü (qulaq asa bilməmək, yadda qalmamaq, yuxulamaq və s.) ona görə tərcümə eləməyə qərar verdim. Məncə, maraqlıdır)

Yazı olaraq:

Bəzən fikrimiz dağınqlaşır.

Və biz reallığa döndükdə nəyi qaçırdığımız və nə qədər müddətə uzaqlaşdığımız barədə heç nə bilmirik.

Bu diqqət korluğuna səbəb təkcə “daydreaming” (xəyala dalmaq) deyil.

Maşın sürərkən telefonla danışdıqda öz aləmimizdə qalıb elanları,maşınları, uşaqları, hətta yol nişanlarını və işıqforu gözdən qaçıraraq “korlaşırıq”

Müəyyən şeylər zərərli görsənə bilər

Amma .sss bəzi şeyləri eyni anda etmək təhlükəlidir.

Beynimiz eyni zamanda bir mürəkkəb tapşırıqdan daha çoxuna diqqət ayırmaq üçün müəyyənləşməyib.

Biz nəsə edərkən bir çox işi yerinə yetirdiyimizi düşünündüyümüzdə bir işdən digərinə diqqətimizi yönləndiririk.

Belə ki, faəliyyətin zamanı arxa oturacaqdakı ilə mübahisə, dialoq yola diqqətin qarşısını alır.

Fakta görə sürücülər əgər 4 dəfə telefonla danışığa görə qəza keçirirlərsə, mesajlaşmadan bu 23 dəfə baş verir.

Maşın sürmək hadisəsiz keçə bilər.

Amma bunun üçün bütün diqqətinizi yolda maşına cəlb etməniz lazımdır.

Biz diqqətimizi yayındıracaq şeylərin əhatəsndəyik.

Əgər onlara imkan versək.

İngiliscədən tərcümə: © Mehran Əmirli

Read more "Dağınıq ağıl – Xəyala dalma – Qəzaların səbəbi və s."

Psixi güclü insanların etmədiyi 13 şey

  Psixi və ya əqli cəhətdən güclü insanların sağlam vərdişləri var. Onlar öz hislərini, fikirlərini və davranışlarını uğur üçün seçdikləri yolda idarə etməyi bacarırlar. Əqli cəhətdən güclü insanların etmədiklərini nəzərdən keçirək, belə ki siz də bu cəhətdən daha çox güclü ola bilərsiniz. 1. Onlar öz vaxtlarını peşmanlıq hissi keçirməyə sərf etmirlər. Psixi cəhətdən güclü insanlar öz […]

Read more "Psixi güclü insanların etmədiyi 13 şey"

Jan Jak Russo – “İnsanlar arasındakı bərabərsizliyin mənbəyi”dən

Aşağıdakı hissə Russonun “İnsanlar arasındakı bərabərsizliyin mənbəyi” əsəri 2-ci kitabın əvvəlindəndir. Burda Russonun utopik sosialist düşüncələri nəzərə çarpır… -Bir torpaq parçasının ətrafını hasarlayıb “Bu mənə aiddir” deyəbilən, buna inanacaq qədər saf insanlar tapa bilən ilk insan sivil cəmiyyətin gerçək qurucusu oldu. Bu dirəkləri söküb atacaq, ya da xəndəyi dolduracaq, sonra da dostlarına, həmcinslərinə: “Bu saxtakarlığa […]

Read more "Jan Jak Russo – “İnsanlar arasındakı bərabərsizliyin mənbəyi”dən"

Neil deGrasse Tyson – Cosmos-A spacetime odyssey – son nəticə kimi dedikləri

Nüfuzluları, çoxluğun qəbul etdiklərini mühakimə edin, mən daxil hər hansı biri elə dedi deyə heç bir fikir doğru olmaz. Özünüz düşünün. Özünüzü mühakimə edin. Bir şeyə sırf inanmaq istədiyiniz üçün inanmayın. Bir şeyə inanmaq onu doğru etməz. Müşahidə və təcrübələrdən, eksperimentlərdən gələn dəlillərlə fikirləri sınayın. Bəyənilən bir fikir yaxşı hazırlanmış bir testi keçə bilmirsə, yanlışdır […]

Read more "Neil deGrasse Tyson – Cosmos-A spacetime odyssey – son nəticə kimi dedikləri"