Yazı #3 | Jessup Təəssüratları Seriyası: Beynəlxalq Raundlar

Seriyanın digər yazıları.

Seriyanın üçüncü – sonuncu yazısı bilavasitə beynəlxalq raundlarda iştirakım barədə təəssüratlarım haqqındadır. Beynəlxalq raundlar şifahi çəkişmələrdən ibarətdir və  hər il Vaşinqtonda baş tutur. Beynəlxalq raundlarla bağlı əsas təəssüratlarımı aşağıda bəndlərdə qeyd edirəm.

I. Adaptasiya

Uzun bir yoldan sonra Amerika vaxtına və mühitinə uyğunlaşmaq lazım gəlir. Vaşinqton elə də hündür olmayan tikililəri ilə seçilir. Yemək üçün də çox gəzməyə ehtiyac yoxdur. Smartfonunuzda bir xəritə proqramı varsa şəhəri asanlıqla gəzə bilərsiniz. Amma gəzmək üçün elə də çox vaxtınız yoxdur, çünki beynəlxalq raundlar var!

II. Komandaların orientasiyası və qarşılaşmalar cədvəlinin təqdimatı

Tədbirin keçirildiyi yerdə sizə oxşayan onlarla tələbə və hamı maraqla bir-birinə baxır. Komandalar içərisində müxtəlif materiallar olan paketləri alır və gəldiklərini təsdiq etmək üçün qeydiyyatdan keçirlər. Ümumi bir yığıncaqda isə komandaların orientasiyası keçirilir, hər bir komanda burada ayrı-ayrı səhnəyə dəvət olunur. Bu hissə də ən maraqlı hissələrdən biri kimi yadımda qalıb (məsələn ingiltərəli komandanın Avropa bayrağı ilə səhnəyə çıxması). Bir müddət sonra isə hər bir komanda hansı komandalar ilə (dörd komanda) qarşılaşacığını bilir və qarşılaşdırları komandaların Memoriallarını əldə edir. 

8B9B1462-Edit-2


III. İlk çəkişmə

Komandamızın ilk olaraq Applicant kimi çıxış etdiyinə görə və mən də Applicant olduğuma görə məni bir sual düşündürürdü: what the hell I’m going to do? :D. Çünki həmin vaxta qədər mooting barədə kifayət qədər nəzəri biliklərim olsa da, heç vaxt real moot-da çıxış etməmiş, iş (Compromis) barədə ətraflı məlumatlı olan hakimlər önündə çıxış etməmişdim. Lakin bilirdim ki, çox da narahat olmaqla nəyisə dəyişmək olmayacaq. Buna görə də, mümkün olan qədər rahat və özgüvənlə çəkişməyə (Jessup dilində pleading) çıxdım və məncə elə də pis olmadı.

IV. Çəkişmələr davam edir 

Yuxarıdakından başqa daha üç çəkişmədə komanda olaraq çıxış etdik. Hər birində ayrı həyəcan, hər birində ayrı təcrübə yaşayırdıq. Qarşı tərəfin memoriallarının analizindən tutmuş, çıxışın mətninin hazırlanması və çapı, hazırlıq çıxışları – hamısı bizi növbəti çəkişməyə bir az da yaxınlaşdırırdı. Hər çəkişmədə növbəti çəkişmə üçün dərslər çıxarır, nəyi səhv, nəyi düz etdiyimizi müəyyən etməyə çalışırdıq.


V. Digər komandalarla münasibət

Ümumiyyətlə, dünyanın müxtəlif nöqtələrindən insanlarla bir araya gəlmək, xüsusən hüquqşünaslarla görüşmək möhtəşəm bir hissdir. Çəkişmələr boyu dəhlizlərdə digər komandalarla görüşmək, hal-əhval soruşmaq, hamıda səndə olan həyəcanı hiss etmək, qarşılaşdığınız komandaları belə çəkişmələrdən az əvvəl və az sonra təbrik etmək, onlarda təbrik qəbul etmək, ümumiyyətlə, bütün Müsabiqə boyu qarşılaşdığınız komandalarla üzləşmək, üzləşərkən ən yaxın dostlarınızı görürmüş kimi sevinmək və ifadə edə bilmədiyim digər hadisələr əvəzsiz duyğulardır.

VI. Sonluq

Yazdıqlarım Jessup barədə xatirələrimin kiçik bir hissəsidir. Bütün hüquq tələbələrinə məhkəmə müsabiqəsində iştirakı tövsiyə edərdim. Belə bir müsabiqə təkcə hüquq biliklərinizi inkişaf etdirmir, həm də sizə gözəl bir həyat təcrübəsi yaşadır. Bunu Amerikaya getmədən də Azərbaycanda Topçubaşov Məhkəmə Müsabiqəsi vasitəsilə də etmək olar. Başqa sözlə desək, təkcə universitetdə keçilən dərslər hüquqşünas olmaq üçün kifayət etmir və yalnız prakitiki bacarıqlarınızı inkişaf etdirməklə hüquqşünaslıq peşəsinə yiyələnirsiniz.

Aşağıdakı şəkillə yazını bitirirəm.

Komandamızın ABŞ Milli Arxiv binası önündə şəkli

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma