Yazı #2 | Jessup Təəssüratları Seriyası: Şifahi Çəkişmələrə Hazırlıq

Seriyanın digər yazıları.

2017-ci ildə 58-ci Jessup Məhkəmə Müsabiqəsi keçirildi və Bakı Dövlət Universitetini, bilavasitə Azərbaycanı bu ilki Müsabiqədə təmsil etmiş komandanın üzvü kimi Müsabiqədəki təcrübəm haqqında fikirlərimi bu seriyada olan yazılar vasitəsilə sizinlə bölüşürəm.

İkinci yazı şifahi çəkişmələrdən ibarət olan beynəlxalq raundlara hazırlıq haqqındadır. Applicant və Respondent memorialları təqdim etdikdən sonra vaxt itirmədən şifahi çəkişmələrə hazırlığa başlamaq lazımdır. Şifahi çəkişmələrə hazırlıqdakı əsas xüsusları aşağıdakı bəndlərdə qeyd edirəm.

I. Şifahi raundlar yazılı mərhələdəki arqumentasiyadan fərqlənir

Şifahi raundlara hazırlıqda Memoriallarda göstərdiyiniz arqumentləri şifahi olaraq necə təqdim edəcəyinizi müəyyən edirsiniz. Yazı dili ilə şifahi dil tam olaraq eyni deyil. Yazı yolu ilə asanlıqla ifadə oluna bilən fikir şifahi olaraq qaydada ifadə olunduqda eyni dərəcədə anlaşıqlı olmaya bilər. Ona görə də, gərək arqumentlər şifahi çıxış kimi yenidən strukturlaşdırılsın və şifahi çıxış üçün aydınlaşdırılsın.

II. Komanda işi önəmlidir 

Şifahi raundlara hazırlıqda komanda işi böyük əhəmiyyət daşıyır. Komanda işi deyərkən təkcə komanda üzvlərini deyil, həm də məşqçi ilə birgə aparılan işi nəzərdə tuturam. Hazırlıqlar boyu hər bir komanda üzvünün çıxışları dinlənilir, çıxışlarla bağlı tövsiyələr verilir, çıxışları necə inkişaf etdirmək barədə düşünülür. Fərd olaraq öz səhvlərimizi görməyimiz daha çətindir, nəinki digərlərinin. Bir komanda üzvünün “axsaqlığı”, zəifliyi, yersiz inadkarlığı, özünü komandadan, ümumi məqsəddən yuxarı görməsi bütün komanda işini və çəkilən əziyyəti yerlə bir edə bilir. Bütün komanda bir ən əsas olan bir məqsəd üçün çalışır: mümkün olan ən yaxşını etmək.

III. Yazı üçün aparılan araşdırma ilə kifayətlənmək olmaz

Moot elə bir növ müsabiqədir ki, oradakı məsələlər daima mübahisəli olaraq qalır və bir müddətlik araşdırma ilə cavabın tapıldığını düşünmək doğru deyil. Məsələ beynəxalq ümumi hüquqdursa, bu xüsusiyyət özünü daha çox göstərir. Şifahi raundlara çıxacağımız son saatlara qədər araşdırma ilə məşğul oldurduq və qarşımızdakı hüquqi suallara necə daha yaxşı cavab verəcəyimizi müəyyən etməyə çalışırdıq.

 IV. Mümkün olduğu qədər çox hazırlaşmaq lazımdır

Vaşinqtonda keçirilən beynəlxalq raundlara hazırlaşmaq üçün təxminən iki aylıq vaxtınız olur. Bu müddət ərzində komanda tez-tez görüşməli və çıxışların necə olması qərarlaşdırılmalıdır. Komandanın hər bir üzvünün əsas kökləndiyi nöqtə bu müsabiqə olmalı, başqa işlər ikinci plana atılmalıdır. Bir üzvün hazırlıqlarda olmamağı və ya bir üzvün ya da üzvlərin müzakirələrə və hazırlıqlara töhfə verməməyi komanda üçün böyük bir mənfidir.

Növbəti yazı bilavasitə beynəlxalq raundlarda iştirak haqqında olacaq.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma