Yazı #1 | Jessup Təəssüratları Seriyası

2017-ci ildə 58-ci Jessup Məhkəmə Müsabiqəsi keçirilir və Bakı Dövlət Universitetini, bilavasitə Azərbaycanı bu ilki Müsabiqədə təmsil edəcək komandanın üzvü kimi Müsabiqədəki təcrübəm haqqında təəssüratlarımı bu seriya ilə vaxtaşırı paylaşmaq niyyətindəyəm.

Philip C. Jessup Məhkəmə Müsabiqəsi Beynəlxalq Hüquqa aid və Beynəlxalq Ədalət Məhkəməsində baxılan hipotetik iş üzərində aparılan ən böyük beynəlxalq məhkəmə müsabiqəsidir. Bir neçə aydır davam edən “Jessup səyahətindən” sonra deyə bilərəm ki, bir hüquq tələbəsinin tələbəlik dövründə edəcəyi ən yaxşı iki şey varsa, biri də məhkəmə müsabiqəsində iştirakdır[1]. Azərbaycanda hüquq tələbələrinə belə imkanı və şəraiti təkcə Topçubaşov Məhkəmə Müsabiqəsi yaradır.

Müsabiqədə iştirak edən komandadan Müsabiqə işində – Compromis-də (kompromi kimi tələffüz edə bilərsiniz) göstərilən müvafiq tərəflərin (applicant və respondent) arqumentlərini əsaslandıran Memorial-lar (applicant memorial və respondent memorial) yazıb təqdim etmək və beynəlxalq raundlarda şifahi çəkişmələrə qatılmaq tələb olunur. Beynəlxalq raundlar bu ilin aprel ayında Vaşinqtonda keçiriləcək. Müsabiqənin şifahi çəkişmələri bir müddət sonra olacağından Memoriallarla bağlı təəssüratlarımı paylaşıram.

  1. Memorial sadəcə Beynəlxalq Hüquq qaydalarını təqdim etmək, məqalə formatında qaydaları təsvir etmək demək deyil. Memorial-da müdafiə etdiyiniz tərəfin arqumentlərini anlaşıqlı və strukturlu hüquqi təhlil aparmaqla əsaslandırmalı, yazınızı oxuyacaq hakimi mövqeyinizin hüquqa uyğun olduğuna inandırma-lısınız. Compromis Beynəlxalq Hüquqda konkret həlli olmayan məsələləri sual kimi qoyduğundan, burada konkret zəif və ya güclü tərəf yoxdur və hüququn məsələyə necə cavab verməsini siz müəyyən etməli və bunun doğru olmasına oxucunuzu – hakimi inandırmalısınız.
  2. Beynəlxalq Hüquq əsasən soft law olduğundan və bu hüquq sahəsinin əksərən möhkəm icra mexanizmləri olmadığından, işə başlayanda belə hüquq sahəsi ilə bağlı məsələlər üzərində araşdıma aparmaq və işləmək sizə mənasız və gərəksiz bir fəaliyyət kimi görünə bilər və bu sizi həvəsdən sala bilər. Lakin nəzərə almaq lazımdır ki, əsas olan Müsabiqədə iştirakın sizə daha yaxşı hüquqşünas olmaq üçün lazım olan hüquqi bacarıqlarınızı inkişaf etdirmək baxımından qazandıracağı təcrübədir. Digər tərəfdən, işlədikcə hüquq və arqumentasiya sizi məsələlərə daha çox cəlb edir.
  3. Qarşınızdakı suallara cavab verməyə başlayanda sizə tədris olunan Beynəlxalq Hüquqdan öyrəndiklərinizin sizə kömək edə bilmədiyini düşünə bilərsiniz. Həqiqətən də, elədir. Lakin nəzərə almaq lazımdır ki, çox geniş hüquq sahəsi olduğundan qısa müddət ərzində sizə hər şey öyrədilə bilmir. Digər tərəfdən Compromis ən müasir xüsusi hüquqi problemlərə həsr olunduğundan və tədris prosesində əsasən ümumi nəzəri məsələlər müzakirə olunduğundan, həmin problemlərə dərs boyu müraciət edilməsi də ağlabatan görünmür.
  4. Arqumentləri əsaslandırmağa başlamaq üçün hər arqumentə aid azı 10-20 və daha  çox əlaqəli məsələlərlə bağlı  məqalə və ya kitablara baxmaq, hər bir arqumentlə əlaqəsi olan hüququn tətbiq olunduğu məhkəmə qərarlarını oxumaq və əlaqəli sənədləri/aktları nəzərdən keçirmək lazımdır. Müsabiqənin təşkilatçısı International Law Students Association iştirakçı komandaları HeinOnline, Oxford Public International Law, LexisNexis məlumat bazalarına girişlə təmin edir ki, bununla siz müvafiq məsələlərlə bağlı ətraflı araşdırma aparasınız. Bütün oxuduqlarınızdan müvafiq hüquqi məsələni tənzimləyən hüququ formulə edir və yalnız bundan sonra aruqmentinizi hansı strukturda qurmaq barədə təsəvvür yaradırsınız.
  5. Qaydanı və ya qaydaları formulə etdikdən sonra hər arqumentinizi uyğun hesab etdiyiniz formada strukturlaşdırmağa başlayır və əsaslandırmalarınızı təqdim edirsiniz. Hər istinaddan, əsaslandırmadan və arqumentdən sonra sizi qane edəcək cavaba çatana qədər ardıcıl “niyə” sual(lar)ını verir, həmin suala cavab tapmağa çalışırsınız. Qarşı tərəfin hansı əks-arqumentləri gətirə biləcəyini təxmin edir, onlara əks-arqumentlər fikirləşirsiniz. Bu əsaslandırmaları və arqumentləri IRAC (Issue, Rule, Application, Conclusion) metodu ilə qurur və yazıya köçürürsünüz. Bu metodu bilirsinizsə, qayda(lar)ı formulə etdikdən sonra arqumentləri həmin metodla əsaslandırmaq sizə daha asan olur. IRAC metodunun Memorial-larda necə tətbiq olunmasını öyrənmək üçün əvvəlki illərin ən yaxşı Memoriallarını nəzərdən keçirə bilərsiniz.

Memorial yazmağın ən çox öyrədici və həyəcanlı hissəsi, mənə görə, 5-ci bənddəki  IRAC metodundan istifadədir. Çünki araşdırdığınız hansısa hüquq sahəsinin qaydaları unudula bilər, lakin həmin qaydaları təhlil edib arqument qurmaq bacarığı vərdiş olaraq sizdə qalacaq. IRAC metodu haqqında başqa yazımda məlumat vermişəm: IRAC Metodu ilə Hüquqi Əsaslandırma.

Davamı Yazı #2-də.


[1] Hüquq tələbəsinin tələbəlik dövründə edəcəyi iki ən yaxşı şeydən digəri, məncə, geniş bir hüquqi araşdırma aparmaqla yaxşı bir hüquq məqaləsi yazıb nəşr etməkdir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma