Hüquqi araşdırma mənbələri (pulsuz)

Məqalə yazmağın faydaları haqqında danışmaq başqa müstəqil bir postun mövzusu olduğundan, bu postda sadəcə ‘məqalə yazarkən haqqında məqalə yazdığınız hüquqi problem haqqında necə material və ya mənbə tapmaq olar’ barədə yazacam.

Əvvəla onu deyim ki, nəzərdə tutduğum mənbələr əsasən ingilis dilində olan materialları əhatə edir və iki illik (2014-2016) Baku State University Law Review təcrübəmdə öyrəndiyim mənbələrdir. Milli dildə olan material xeyli azdır deyə tapmaq elə də çətin olmur. Digər tərəfdən də, yalnız milli (akademik) mənbələrə istinad məqaləni xeyli zəiflədir. Ona görə də, ingilis dilində olan mənbələrə istinad daha məsləhətlidir. Çünki ingilis dilində müxtəlif hüquqi məsələlərlə bağlı əsaslandırmaları oxumaq və onlardan istifadə həm sizin hüquqi düşüncənizi gücləndirəcək, həm də məqalənizi daha dəyərli edəcəkdir.

Aşağıda qeyd etdiyim mənbələrdən istifadə pulsuzdur, yəni istifadə üçün məhdudiyyət yoxdur və hər hansı üzvlük və ya ödəniş tələb olunmur.

  1. Google Scholar
    Təkcə hüquqda deyil, eləcə də digər elmlərdə araşdırma üçün Google Scholar xidməti axtarış aparmaq üçün əla vasitədir. O, müxtəlif akademik məlumat bazalarında sizə lazım olan ifadələrə uyğun nəticələri tapıb sizə təqdim edir. İlk dəfə belə araşdırma edirsinizsə Google Scholar sizə ümumi anlayış üçün faydalı olar. Çıxan nəticələrin PDF faylına keçid də bəzən verilir. Əksərən isə tapılan materialın yerləşdiyi bazaya link təqdim olunur.
    scholar-1


  2. SSRN – Social Science Research Network
    Sosial elmlərə aid məqalələrin yerləşdiyi vebsayt. Tapdığınız məqaləni yükləmək pulsuzdur. Ən çox istinad olunan  müəlliflər də öz məqalələrini burada paylaşırlar. Adətən məqalənin hər hansı jurnalda nəşri bir neçə ay çəkdiyindən alimlər nəşrdən əvvəl işlərini burada yerləşdirirlər ki, ən tez vaxtda işlərindən istifadə oluna bilsin. Hüquqa aid çoxlu sayda məqalə tapa biləcəyiniz şəbəkədir. ssrn-1


  3. Bepress Digital Commons Network
    Bepress böyük universitetlərin jurnallarında nəşr olunan məqalələri vahid sistemdə birləşdirir. Hazırda sistemdə 482 müəssisədən 2.084.555 iş yerləşir. Hüquqa aid olan hissəyə isə 124 hüquq sahəsi üzrə 335.975 iş yerləşdirilib (16.09.2016 saat 11:30 tarixinə görə). Bazadan istifadə pulsuzdur. Vebsaytdakı interaktiv xəritədə isə dünyanın hansı hissələrindən hansı məqalənin yükləndiyi göstərilir.
    bepress-law


  4. WorldLII – World Legal Information Institute
    Vebsayt dünyanın müxtəlif ölkələrinin qanunvericiliyinə, hüquqla bağlı vebsaytlarına, dövlət orqanlarının vebsaytlarına keçidlər təqdim edir. Bazada olan ölkələrin qanunlarının, məcəllələrinin, məhkəmə işlərinin və başqa aktlarının tam mətnini də əldə edə bilərsiniz. İstifadə pulsuzdur.
    worldlii-1
  5. JSTOR Early Journal Content
    JSTOR əsasən ödənişli və instusional giriş ilə işlədilə bilsə də, 2011-ci ildən 1923-ci ilə qədər nəşr olunmuş JSTOR-da yerləşən materialların pulsuz istifadəsi mümkündür. Ola bilər ki, elə bilr məqalə ilə rastlaşasınız ki, həmin müddətdə nəşr olunsun və onun tam mətnini axtarasınız. Belə olan halda həmin jurnalın JSTOR səhifəsini açıb, məqalənin tam mətnini yükləyə bilərsiniz. Həmin kateqoriyada olan jurnalların siyahısına və müvafiq veb səhifələrinə bu fayldan baxa bilərsiniz.
    harvlrev-jstor-1


Bu səhifədən isə ABŞ hüququ ilə bağlı pulsuz araşdırma mənbələrinə baxa bilərsiniz.

HeinOnline, LexisNexis, Westlaw kimi mənbələrdən istifadə isə pulsuz deyil və adətən böyük universitetlər tələbələrini və müəllimlərini onlara girişlə təmin edir. Bu bazalar daha geniş materiala sahibdirlər və araşdırma üçün daha idealdırlar. Həmin bazalara girişi olan universitetlərdə təhsil alan dostlarınız və ya tanışlarınıza hansısa məxsusi materialı tapmaq üçün müraciət etməyinizi məsləhət görərdim.

Yuxarıda göstərilən bazalardan istifadə ilə bağlı hər hansı sualınız olarsa mənimlə əlaqə saxlaya bilərsiniz. Çalışaram ki, kömək edim. E-poçt: mehran.amirli@mail.com.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma