Incoterms nədir?

Incoterms (ticarət şərtlərinin beynəlxalq təfsiri qaydaları) beynəlxalq daşıma müqavilələrində işlənən beynəlxalq daşıma şərtlərinin təfsiri üçün müəyyən olunmuş standart qaydalar sistemidir. Bu təfsir qaydaları Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən beynəlxalq ticarət qaydalarını asanlaşdırmaq və sadələşdirmək üçün təqdim olunmuşdur. Bu cür müqavilə şərtlərinə vahid beynəlxalq yanaşma ticarət baxımından böyük önəm kəsb edir. Həmin qaydalar adətən tərəflər müqavilədə bu haqda qeyd etdiyi hallarda tətbiq olunur. Incoterms BTP tərəfindən ilk dəfə 1936-cı ildə yayımlanıb. Beynəlxalq ticarət praktikasındakı dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə İncoterms-ə 1953, 1967, 1976, 1980, 1990, 2000, 2010-cu illərdə əlavə və dəyişikliklər edilib.

Qeyd olunmalıdır ki, Incotermsin əhatə dairəsi satış müqavilələrindəki satılmış əmtəənin daşınması ilə əlaqəli tərəflərin hüquq və vəzifələri ilə bağlı məsələlərlə məhdudlaşır.

BTP rəsmi 2010 qaydalarının Giriş hissəsinin ilk müddəalarında qeyd edir ki,

  1. “əgər Incoterms 2010 qaydalarının sizin müqavilənizə tətbiq olunmasını istəyirsinizsə öz müqavilənizdə bunu dəqiq qeyd etməlisiniz. Bu şəkildə: “[yer adı ilə birgə seçilmiş Incoterms qaydası və ardıyca] Incoterms® 2010”.

  2. Seçilmiş Incoterms qaydası əmtəəyə, daşıma vasitələrinə və alıcının və ya satıcının götürdüyü əlavə öhdəliklərə uyğun olmalıdır.

  3. Yeri (yerin adını) mümkün olduğu qədər dəqiq göstərmək lazımdır. Bu misal dəqiqliyə yaxşı nümunə ola bilər:

“FCA Academic Zahid Khalilov 23, Baku, Azerbaijan”

Aşağıdakı qrupda göstərilən İncoterms qaydalarında çatdırılma, adı göstərilmiş yerdə həyata keçirilir və risk satıcıdan alıcıya keçir:

Ex Works – EXW                              Free CArrier – FCA

Delivered at Terminal – DAT            Delivered at Place – DAP

Delivered Duty Paid – DDP              Free Alongside Ship – FAS

Free on Board – FOB

Bu qaydalarda isə ad göstərilən yer çatdırılma yerindən fərqlənir, göstərilən ad həmin yerə qədər daşınması ödənmiş yerin adıdır:

Carriage Paid To – CPT                    Carriage and Insurance Paid To – CIP

Cost and Freight – CFR                    Cost, Insurance and Freight – CIF

  1. Yadda saxlamaq lazımdır ki, Incoterms sizə alğı-satqı müqaviləsi ilə təmin etmir və ya sizə bütünlüklə ağlı-satqı müqaviləsi qaydalarını vermir. İncoterms qaydaları alğı-satqı müqaviləsi üzrə satcı əmtəəni alıcıya çatdırarkən daşıma və ya daşıma ilə bağlı sığorta öhdəliyini hansı müqavilə tərəfi daşıyır və xərclərə görə məsuliyyəti kim daşıyır məsələləri ilə bağlı tətbiq olunur. Lakin İncoterms satış qiyməti, ödəmənin necə həyata keçirilməsi haqda heç nə demir.

Yuxarıda da qeyd edildiyi kimi, Incoterms heç də alqı-satqı müqaviləsidə daxil edilməli olan bütün vəzifələri və ya öhdəlikləri təqdim etmir. Incoterms alıcı və satıcı arasındakı daha xüsusi məsələləri tənzimləyir. Incoterms əsasən risk məsələlərini, daha geniş desək, həm də ixrac və idxal xərcləri ilə bağlı təmizləmə məsələləri (cleaning), malın qablaşdırılması, alıcının çatdırılan malı qəbul etməsi, eləcə də bütün öhdəliklərin yerinə yetirildiyinin sübutla təmin etməsi kimi məsələrlə bağlı nümunə qaydalardır. Incoterms ənənvi müqavilə qaydalarını əvəzləmək məqsədilə deyil, onları tamamlamaq məqsədilə tətbiq olunur.

Aşağıdakı şəkildə Incoterms 2010 qaydaları cədvəl kimi göstərilir. Yuxarıdan aşağıya doğru getdikcə məsuliyyət yükləri mərhələ-mərhələ alıcıdan satıcıya keçir.

incoterms2010-edited

 

incoterms2010-groups

Birinci – E kateqoriyası satıcının malı öz ərazisində (müəssisəsində) alıcının sərəncamına verməsini nəzərdə tutur.

İkinci – F kateqoriyasına görə satıcı malı alıcının təyin etdiyi daşıyıcının sərəncamına verməlidir.

Üçüncü – C kateqoriyasına görə satıcı malın daşınması üçün müqavilə bağlayır.

Dördüncü –  D kateqoriyası satıcının malın təminat yerinə çatdırılması ilə bağlı bütün xərcləri və riskləri öz üzərinə götürməsini nəzərdə tutur.

Mənbələr:

  1. Incoterms 2010
  2. Michael Furmston & Jason Chuah, Commercial and Consumer law
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma