Carl Sagan – Pale blue dot (Solğun mavi nöqtə)

 

Pale Blue Dot, yəni Mavi Solğun Nöqtə 1977-də kosmosa uçurulan Voyager 1 kosmik aparatının 1990-cı ildə 6 milyard km uzaqlıqdan çəkdiyi Yer planetinin şəklinin adıdır. Videoda astrofizik alim Saganın öz səsi ilə bu haqda dedikləri yer almaqdadır. Carl Sagan Voyager 1-də kosmosa göndərilən planetimiz haqqında üzərinə fərqli musiqilər də daxil olmaqla müxtəlif məlumatlar qeyd olunmuş qızıl plastinka üzərində işləyən komitəyə rəhbərlik etmişdir. O, həmçinin  elmin populyarlaşdırılmasına böyük töhfələr vermiş, “The Demon-Haunted World: Science as a Candle in the Dark“, “Cosmos” və b. məşhur kitabların müəllifidir.

Video “Cosmos: A Spacetime Odyssey” (IMDb 9.3, 2014) sənədli serialında Carl Saganın həmin nitqinin işlədildiyi hissədəndir.

Bu uzaq müşahidə nöqtəsindən dünya çöx diqqət cəzb edən yer olaraq görünməyə bilər. Amma bizim üçün bu fərqlidir.

O nöqtəni yenidən dəyərləndirin. Bura evimizdir, bura bizik. Sevdiyiniz, tanıdığınız, haqqında eşitdiyiniz hər kəs, bütün dünyada mövcud olmuş hər kəs burada yaşayıb.

Bütün sevinclərimiz və əzablarımız, minlərlə özündən əmin dinlər və ideologiyalar, iqtisadi doktrinalar, bütün ovçular və yığıcılar, bütün qəhrəmanlar və qorxaqlar, bütün mədəniyyət qurucuları və  dağıdıcıları bütün hökmdarlar və kəndlilər, bütün aşiq gənc cütlüklər, bütün ana və atalar, ümidli uşaqlar, ixtiraçılar və tədqiqatçılar, bütün əxlaq öyrədiciləri, pozulmuş siyasətçilər, bütün “ulduzlar”, bütün böyük liderlər, növümüzün tarixindəki bütün müqəddəs və günahkarlar – orada – günəş işığından asılı toz zərrəsində yaşadılar. Yer böyük kosmik fəzada çox kiçik bir səhnədir.

Yer böyük kosmik fəzada çox kiçik bir səhnədir. Bütün o sərkərdələr və hökmdarlar tərəfindən tökülən qan çaylarını düşünün; həmin zəfərlərlə yalnız o kiçik nöqtənin bir hisssəsində ani hökmdarlar ola bilərdilər.

Bu nöqtənin bir küncünün sakinləri tərəfindən onlardan elə də fərqlənməyən digərlərinə qarşı etdikləri sonsuz qəddarlıqları düşünün;  anlaşmazlıqları necə də tez-tez təkrar olunandır, bir-birilərini öldürmək üçün necə də həvəslidirlər, nifrətləri necə də alovludur.

Bu solğun işıqlı nöqtə bizim təkəbbürümüzə, vacib olma xülyamıza, kainatda xüsusi imtiyazlı yer tutduğumuzla bağlı xülyamıza meydan oxudu.

Planetimiz nəhəng genişlənən kosmik qaranlıqda tənha ləkədir. Cahilliyimizlə, bütün bu genişlikdə bizi özümüzdən qorumaq üçün üçün başqa bir yerdən kömək gələcəyi barədə heç bir ipucu yoxdur. Yer həyat üçün sığınacaq olan tək dünyadır. Ən azından yaxın gələcəkdə növümüzün köç edə biləcəyi başqa bir yer yoxdur. Səfər etmək olar, amma məskunlaşmaq hələ yox. Xoşunuza gəlsə də, gəlməsə də, dünya indi bizə dayaq ola bilən yeganə yerdir.

Deyilənə görə astronomiya təvazökar və xarakteri inkişaf etdirən bir təcrübədir. Bəlkə də insanlığın təkəbbürünün axmaqlıq olmasının bu kiçik dünyamızın uzaqdan şəklindən daha yaxşı bir sübutu yoxdur. Mənə görə bu şəkil bir-birimizlə daha mərhəmətli davranmalı olduğumuzu və “solğun mavi nöqtəni” qoruyub ona dəyər verməli oldğumuzu vurğulayır – inidiyədək bildiyimiz tək evi…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma