Tərcümə: Hüquqi yazı: Problemlərimizin səbəbləri / Hüquqi yazı nədir? / Hüquqi yazı sənəti (Olqa Xazova)

Aşağıdakı hissə “Hüquqi yazı sənəti” (müəllif Olqa Xazova; Искусство юридического письма) adlı kitabdandandır. Müəllif 1998-ci ildə White & Case hüquq şirkətinin Moskva ofisinə rəhbərlik etmək üçün Rusiyaya gəlir. O, Rusiya hüquq təhsilində  hüquqi yazı və b. bu kimi sahələrin tədris olunmamasını görüb bu mövzuda kitab yazmağı qərara alır. Öz kitabında da qeyd etdiyi kimi, müəllif […]

Read more "Tərcümə: Hüquqi yazı: Problemlərimizin səbəbləri / Hüquqi yazı nədir? / Hüquqi yazı sənəti (Olqa Xazova)"

Yazı #3 | Jessup Təəssüratları Seriyası: Beynəlxalq Raundlar

Seriyanın digər yazıları. Seriyanın üçüncü – sonuncu yazısı bilavasitə beynəlxalq raundlarda iştirakım barədə təəssüratlarım haqqındadır. Beynəlxalq raundlar şifahi çəkişmələrdən ibarətdir və  hər il Vaşinqtonda baş tutur. Beynəlxalq raundlarla bağlı əsas təəssüratlarımı aşağıda bəndlərdə qeyd edirəm. I. Adaptasiya Uzun bir yoldan sonra Amerika vaxtına və mühitinə uyğunlaşmaq lazım gəlir. Vaşinqton elə də hündür olmayan tikililəri ilə seçilir. […]

Read more "Yazı #3 | Jessup Təəssüratları Seriyası: Beynəlxalq Raundlar"

Yazı #2 | Jessup Təəssüratları Seriyası: Şifahi Çəkişmələrə Hazırlıq

Seriyanın digər yazıları. 2017-ci ildə 58-ci Jessup Məhkəmə Müsabiqəsi keçirildi və Bakı Dövlət Universitetini, bilavasitə Azərbaycanı bu ilki Müsabiqədə təmsil etmiş komandanın üzvü kimi Müsabiqədəki təcrübəm haqqında fikirlərimi bu seriyada olan yazılar vasitəsilə sizinlə bölüşürəm. İkinci yazı şifahi çəkişmələrdən ibarət olan beynəlxalq raundlara hazırlıq haqqındadır. Applicant və Respondent memorialları təqdim etdikdən sonra vaxt itirmədən şifahi çəkişmələrə hazırlığa başlamaq lazımdır. Şifahi çəkişmələrə […]

Read more "Yazı #2 | Jessup Təəssüratları Seriyası: Şifahi Çəkişmələrə Hazırlıq"

IRAC metodu ilə hüquqi əsaslandırma

Hüquq tədrisində ya da tətbiqində “hüquqi əsaslandırma” və ya sadəcə “əsaslandırma” ifadəsini çox eşidə bilərsiniz. Lakin həmin əsaslandırmanın necə edilməsi barədə, adətən, dəqiq anlayışa və metodiki biliyə sahib olunmur. Bəziləri hesab edə bilər ki, əsaslandırma sadəcə qanunun mətnini təqdim etməklə, daha sonra isə göstərmək istənilən nəticəni verməklə sonlanmış olur. Və ya əksinə. Amma hüquqi əsaslandırma o […]

Read more "IRAC metodu ilə hüquqi əsaslandırma"

Hüquqi araşdırma mənbələri (pulsuz)

Məqalə yazmağın faydaları haqqında danışmaq başqa müstəqil bir postun mövzusu olduğundan, bu postda sadəcə ‘məqalə yazarkən haqqında məqalə yazdığınız hüquqi problem haqqında necə material və ya mənbə tapmaq olar’ barədə yazacam. Əvvəla onu deyim ki, nəzərdə tutduğum mənbələr əsasən ingilis dilində olan materialları əhatə edir və iki illik (2014-2016) Baku State University Law Review təcrübəmdə öyrəndiyim […]

Read more "Hüquqi araşdırma mənbələri (pulsuz)"

Incoterms nədir?

Incoterms (ticarət şərtlərinin beynəlxalq təfsiri qaydaları) beynəlxalq daşıma müqavilələrində işlənən beynəlxalq daşıma şərtlərinin təfsiri üçün müəyyən olunmuş standart qaydalar sistemidir. Bu təfsir qaydaları Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən beynəlxalq ticarət qaydalarını asanlaşdırmaq və sadələşdirmək üçün təqdim olunmuşdur. Bu cür müqavilə şərtlərinə vahid beynəlxalq yanaşma ticarət baxımından böyük önəm kəsb edir. Həmin qaydalar adətən tərəflər müqavilədə […]

Read more "Incoterms nədir?"